AZ

Apellyasiya Məhkəməsi jurnalisti həbsdə saxlayıb

Apellyasiya

Bu gün Bakı Apellyasiya Məhkəməsi "Abzas Media işi" üzrə qaçaqmalçılıqda ittiham olunan jurnalist Elnarə Qasımovanın ev dustaqlığına buraxılması ilə bağlı şikayəti təmin etməyib.

Reyting.az
“Turan”-a istinadla bildirir ki, bunu jurnalistin həyat yoldaşı Nicat Əmiraslanov deyib.

Onun sözlərinə görə, Qasımova özü də prosesdə iştirak edib.

"Elnarə bir daha dedi ki, ittiham saxtalaşdırılıb və onun həbsinin əsl səbəbi həmkarları ilə birlikdə apardığı korrupsiya araşdırmaları olub", - deyə Əmiraslanov əlavə edib.

Xatırladaq ki, Qasımova yanvarın 15-də CM-in 206.3.2-ci maddəsində (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) nəzərdə tutulan əməlləri törətmək ittihamı ilə həbs olunub.

Ötən ilin noyabrından etibarən bu iş üzrə daha 5 jurnalist və mətbuat işçisi həbs olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla

Reytinq