AZ

BTC ilə hansı ölkələrin nefti daşınır? – Müəmmalı statistika


Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri istismara veriləndən (iyun 2006) bu ilin birinci rübünün sonunadək bu kəmər vasitəsilə ümumilikdə təqribən 568 milyon ton (4,3 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5 629 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Yeniavaz.com
“BP-Azərbaycan” şirkətinə istinadən xəbər verir ki, bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunan təqribən 7 milyon ton (təxminən 54 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 72 tankerə yüklənib və yola salınıb.
Bildirilir ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də nəql olunur.
Xatıraldaq ki, BTC Ko.-nun səhmdarları BP (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.
Məlumat üçün onu da bildirək ki, 2022-ci ilə kimi Qazaxıstan və Türkmənistan neftindən başqa BTC ilə Rusiya nefti də daşınıb. Lakin, 2021-ci ildən sonra “BP-Azərbaycan” şirkəti tərəfindən açıqlanan məlumatlarda BTC ilə yalnız Qazaxıstan və Türkmənistan neftinin daşındığı qeyd olunur.
Onu da qeyd edək ki, “BP-Azərbaycan” şirkəti 2021-ci ildə BTC ilə Rusiya neftinin daşındığını açıqlayıb. Ancaq, Gömrük Komitəsinin 2021-ci il məlumatlarında Azərbaycanın Rusiyadan neft idxal etmədiyi göstərilib.
2021-ci ildən fərqli olaraq 2022-ci ildə Gömrük Komitəsinin məlumatlarında Azərbaycanın Rusiyadan 199 min 603 ton xam neft idxal etdiyi qeyd olunub. “BP-Azərbaycan” şirkətinin həmin il üçün açıqladığı hesabatda isə BTC ilə Rusiya neftinin daşınmadığı göstərilib.
Azərbaycan ötən il Rusiyadan daha böyük həcmdə - 1 milyon 303 min 999 ton xam neft idxal edib. Lakin, “BP-Azərbaycan”ın ötən il üçün açıqladığı hesabatda da BTC ilə Rusiya neftinin daşınmadığı qeyd olunub.

Elnur Əli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq