AZ

Andrey Lunyovdan Rusiyaya qayıtmaq variantına MÜNASİBƏT

“Hər şeyin öz vaxtı var”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına açıqlamasında deyib.

Mövsümün sonunda müqaviləsi başa çatacaq təcrübəli qolkiper karyerasını Rusiyada davam etdirmək variantına münasibət bildirib: “İndi hər şey yaxşıdır. Çalışmağa davam edirik. Azərbaycan kubokunun finalına hazırlaşırıq. Rusiya Premyer Liqasına qayıtmaq istəyinə gəlincə, hər şeyin öz vaxtı var”.

Qeyd edək ki, Andrey 2023-cü ilin yayından “Qarabağ”da forma geyinir.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
1
Mənbələr
Şərh ()
Bağla