AZ

Şirvanda yeni istirahət parkının açılışı oldu - Fotolar

Mayın 10-da şəhərin Bayramlı qəsəbəsində müasir memarlıq üslubunda salınan yeni istirahət parkı sakinlərin istifadəsinə verilib, parkın ərazisində ağacəkmə aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Millət vəkili İltizam Yusifov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların rəhbərləri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə istirahət parkının önündə salınmış Şəhidlər memorial abidə kompleksini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Sonra istirahət parkında aparılan yenidənqurma işlərinə baxış keçirilib. Yeni salınmış parkda mini futbol stadionu, uşaqlar üçün müxtəlif əyləncə qurğuları, söhbətgahlar quraşdırılıb.

Daha sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində qəsəbə sakinlərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

Qeyd edək ki, aksiyanın keçirilməsində əsas məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qəsəbə sakinləri ilə səmimi söhbət zamanı onları narahat edən problemləri dinləyib, həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya, vətəndaşların rahatlığı üçün aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.







Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla