AZ

“Böyük Dəbilqə”: Azərbaycan cüdo yığması ilk günü 1 medalla başa vurub

“Böyük

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan cüdoçusu Kamran Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparana idmançı komanda yoldaşı Ruslan Paşayevə qalib gəlib.

Leyla Əliyeva (48 kiloqram) və Əhməd Yusifov (60 kiloqram) 3-cü yer uğrunda qarşılaşmada öz rəqiblərinə uduzaraq şanslarını əldən veriblər.

Bu gün mübarizəyə qoşulan digər Azərbaycan cüdoçuları - Açelya Toprak, Fidan Əlizadə (hər ikisi 57 kiloqram) və Nazir Talıbov (60 kiloqram) isə turniri medalsız başa vurublar.

Qeyd edək ki, mayın 12-dək davam edəcək “Böyük Dəbilqə” turnirində Azərbaycan 15 cüdoçu ilə təmsil olunur.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla