AZ

Ulu Öndər Heydər Əliyevin yubileyi münasibətilə Özbəkistanda kitab nəşr olunub

Bakı, 10 may, AZƏRTAC

Daşkənddə “Zərifə və Heydər Əliyevlər. Əbədiyyətə bərabər sevgi” kitabı özbək dilində nəşr olunub. Kitabın buraxılışı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilib. Bu nəşr Azərbaycanın Özbəkistandakı səfirliyi və bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsidir.

Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kitabın müəllifi tanınmış jurnalist, Azərbaycanın Xalq yazıçısı, filologiya elmləri doktoru Elmira Axundovadır. Kitabı özbək dilinə Özbəkistanın tanınmış yazıçısı və tərcüməçisi Babaxan Şərif çevirib. Nəşrdə Zərifə xanım Əliyeva və Heydər Əliyevin həyatı, onların gəncliyi, ailə münasibətləri, həyatlarının ən yaddaqalan, sevincli məqamları haqqında məlumatlar, eləcə də bu ailəyə yaxın insanların xatirələri yer alıb.

Qeyd edək ki, nəşrə Ulu Öndərin və Zərifə xanımın həyatından maraqlı anları təcəssüm etdirən çoxsaylı fotolar daxil edilib.

Nəfis şəkildə çap edilən kitabın yaxın günlərdə geniş təqdimatı planlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
Mənbələr
Şərh ()
Bağla