AZ

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

İdmanda

Bakı, 10 may, AZƏRTAC

XX əsrdə Azərbaycan idmanına göstərilən böyük diqqət və qayğı, idmanın geniş vüsətlə inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi liderin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınaraq idmanın maddi-texniki bazasının yaradılması üçün böyük işlər görülmüşdü.

1993-cü il iyunun 15-də xalqın çağrışına səs verərək ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində həyatımızın digər sahələrində inkişafa nail olunduğu kimi, ölkədə idmana münasibət kökündən dəyişdi, bu sahənin inkişafı geniş vüsət aldı. Ümummilli Lider idmanın mühüm əhəmiyyətini önə çəkərək deyirdi: “Biz bu gün müstəqil dövlətimizi qurarkən gə¬ləcək nə¬sil¬lə¬ri¬miz barədə düşünməliyik. Bizdən sonra gələn nə¬sil¬lər fiziki cəhət¬dən daha da möhkəm, əqli cəhətdən daha da sağlam ol¬sunlar. Biz bu¬na nail olmaq üçün idmana, bədən tərbiyəsinə çox cid¬di fikir ver¬məliyik. Hesab edirəm ki, bu sahədə çox işlər görməliyik, bir çox tədbirləri həyata keçirməliyik”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında idman siyasəti üzrə ekspert, Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev deyib.

O qeyd edib ki, Ulu Öndərin əsasının qoyduğu uğurlu idman siyasəti nəticəsində qısa müddət ərzində stadion, meydança, zallar tikildi, onların zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi ilə bağlı böyük işlər görüldü. Məhz ölkəmizdə idmana böyük diqqət və qayğı, bu sahənin kütləvilinin geniş vüsət alması müxtəlif növlər üzrə dünya şöhrətli idmançıların yetişməsinə səbəb oldu. Ümummilli Lider Azərbaycanın dünyada tanınıb, nüfuzunun yüksəlməsində idmanın mühüm önəm daşıdığını vurğulayaraq deyirdi: “Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır”.

“Ümummilli Lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirilir. Bu gün Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Paytaxt Bakı ilə yanaşı, demək olar ki, bütün regionlarımızda mükəmməl idman infrastrukturunun qurulması – Olimpiya İdman komplekslərinin, müasir standartlara cavab verən müxtəlif idman qurğularının fəaliyyəti bədən tərbiyəsi və idmanın daha da inkişafı və geniş vüsət alması üçün böyük imkanlar yaradıb. İndi ölkəmizdə ən mötəbər, hətta multiidman yarışlarının lazımi səviyyədə təşkili üçün hər bir şərait var. Azərbaycanda I Avropa, İslam Həmrəyliyi oyunları, Formula 1 və digər irimiqyaslı yarışların yüksək səviyyədə təşkili dünyaya nümunə göstərilir”, – deyə ekspert əlavə edib.

Qüdrət Nuriyev Azərbaycanın yüksək idman nəticələrinin, ilbəil artan uğurlarının diqqəti cəlb etdiyini, həmçinin idmana dövlət tərəfindən göstərilən böyük dəstəyin, bu sahədə dövlət proqramlarının icrasının beynəlxalq idman qurumları tərəfindən yüksək qiymətləndirildiyini bildirib:

Bu günlər Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçməsi ölkəmizə dünya miqyasında etimadın daha bir bariz nümunəsidir. Bu əlamətdar hadisədir və hər birimizdə böyük qürur hissi doğurur.

“Bu gün idman ictimaiyyəti olaraq əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətini tam gücümüzlə dəstəkləyir və hər birimiz bu inkişafa töhfə verməyə səy göstəririk”,- deyə federasiya prezidenti vurğulayıb.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
Mənbələr
Şərh ()
Bağla