AZ

Eskişehir Azərbaycanlılar Dərnəyi Ulu Öndərə həsr olunan maarifləndirici videoçarx hazırlayıb

Eskişehir

İstanbul, 10 may, Günel Karatepe, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Türkiyədə fəaliyyət göstərən Eskişehir Azərbaycanlılar Dərnəyi Ulu Öndərə həsr olunan maarifləndirici videoçarx hazırlayıb. Ümummilli Liderin həyat və yaradıcılığı, eləcə də həyatının müxtəlif dövrlərini əhatə edən fotoların əks olunduğu videoçarx dərnəyin yutub hesabında yayımlanıb.

Bununla bağlı AZƏRTAC-a müsahibə verən dərnəyin sədri Cavid Aydın videoçarxda əks olunan məlumat və şəkillərin Heydər Əliyev Fondunun bioqrafiya bölməsi əsasında hazırlandığını deyib.

Bildirilib ki, videoçarxın türk dilində hazırlanmasında əsas məqsəd qardaş ölkə gənclərini Ulu Öndərin həyatının müxtəlif məqamları ilə yaxından tanış etmək, onun parlaq yaradıcılığı haqqında qardaş ölkələrdəki insanları maarifləndirməkdir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla