AZ

Cozep Borrell Fələstin dövlətini tanıyacaq ölkələri açıqladı

Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell İspaniya, Malta, İrlandiya və Sloveniyanın Fələstin dövlətini tanıyacağını bildirib. İspaniyanın RNE radiokanalına müsahibə verən Bozep Borrell İspaniya, İrlandiya, Sloveniya və digər Aİ ölkələrinin Fələstin dövlətini tanıyacağı tarixin müəyyən edilib-edilmədiyi ilə bağlı sualı cavablandırıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
"İspaniya Fələstini mayın 21-də tanıyacaq. Bunu mənə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares mənə demişdi",-deyə Cozep Borrell qeyd edib.
Borrell həmçininMalta, İrlandiya və Sloveniyanın da Fələstini tanıyacağını bildirib.
Fələstin dövlətinin sərhədləri ilə bağlı sualı cavablandıran Cozep Borrell deyib: "Biz bunu özümüz yaratmayacağıq. Bu, Birləşmiş Millətlər Təşkilatının qətnamələrində artıq aydındır" .
İsrailin Baş naziri Benyamin Netanyahuya reaksiya verən Cosep Borrell deyib:"Benyamin Netanyahu sülhlə bağlı həll yollarını tənqid etmir, onlara qarşı çıxır. Beynəlxalq ictimaiyyət Netanyahudan Rəfaha girməməsini istəyib, lakin o, bu çağırışa qulaq asmayıb".
Cozep Borrellİsrail və ''Həmas'' arasındakı müharibənin dünya miqyasında nəticələrinin olacağını, bunun ABŞ və Qərb dünyasındakı seçkilərə də təsir edəcəyini, universitet tələbələrinin başlatdığı Fələstinə dəstək etirazlarının bütün Qərb dünyasına yayılacağını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
1
Mənbələr
Şərh ()
Bağla