AZ

Peterburqda avtobus çaya düşdü – Üç nəfər öldü, dördü klinik ölüm keçirib


Sankt-Peterburqda avtobusun Moyka çayına düşməsi nəticəsində 3 nəfər ölüb.
Yeniavaz.com
xəbər verir ki, nu barədə şəhərin fövqəladə hallar şöbəsi məlumat yayıb.
Hadisə mayın 10-da günorta saatlarında Mərkəzi Dəniz Muzeyinin yaxınlığında baş verib. Yayılan  görüntülərdə hərəkət edən avtobusun o yan-bu yana sürüşməyə başladığı, daha sonra kəskin şəkildə döndüyü, iki avtomobillə toqquşduğu və hasardan keçərək çaya düşdüyü görünür.
Ən son məlumata görə, hadisə zamanı avtobusda 15 nəfər olub. Onlardan 6-sı özü çıxa bilib, daha 9 nəfər isə hadisə şahidlərinin köməyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən avtobusdan çıxarılıb. Şöbə ölən üç nəfərdən əlavə dördünün kliniki ölüm vəziyyətində xəstəxanaya yerləşdirildiyini, daha iki nəfərin vəziyyətinin ağır kimi qiymətləndirildiyini bildirib.
Avtobus sürücüsü saxlanılaraq xəstəxanaya aparılıb. “Ostorojno, novosti”nin məlumatına görə, bu, 44 yaşlı Tacikistandan olan Rusiya vətəndaşı Raxmatşoh K. Onun həyat yoldaşı bildirib ki, o, 20 saatlıq növbədən sonra səhər saatlarında işə getməyə məcbur olub. Eyni zamanda dövlət rəsmiləri sürücünün işə getməzdən əvvəl lazımi müayinədən keçdiyini bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla