AZ

Ulu Öndər Yekaterinburqda anılıb

Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki Baş konsulluğunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Baş konsulluğun kollektivi, diaspor fəalları və tələbələr tərəfindən Ulu Öndərin büstünün önünə gül dəstələri qoyulub, əziz xatirəsi hörmət və ehtiramla yad olunub.

Tədbirin davamında baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski, diaspor fəalları Müşfiq Ağababayev, Niyaz Vəliyev və Toğrul Həsənzadə çıxış edərək Ümummilli Liderin şərəfli ömür yolundan, diaspor, təhsil və gənclər siyasətindən ətraflı bəhs ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla