AZ

“Azərbaycanla Ermənistan arasında yaxınlaşma müşahidə olunur” — Almatı görüşü nə ilə nəticələnəcək?

 Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın Almatı şəhərində erməni həmkarı Ararat Mirzoyanla görüşdən əvvəl açıqlama verib. O qeyd edib ki, Azərbaycan Ermənistanla normallaşma prosesinə böyük diqqət yetirir: “Biz bu prosesə böyük əhəmiyyət veririk və işi davam etdirməyə hazırıq. Almatıdakı danışıqların çox faydaolacağına inanıram. Ümid edirəm ki, qarşıdakı iki gün ərzində hələ də mövcud olan açıq məsələlərin həllini tapmaq üçün müsbət istiqamətdə fəaliyyət göstərəcəyik”, - o bildirib.

Almatı görüşünün nəticələri barədə gözləntilərini bölüşən politoloq Samir Hümbətov Demokrat.az-a açıqlamasında deyib ki, son dövrlər Azərbaycan və Ermənistan arasında yaxınlaşma müşahidə olunur:

“Buzlar əriməyə başlayıb. Sərhədlərin delimitasiya və demarkasiya məsələsi çox aktualdır. Baxmayaraq ki, Ermənistanda Paşinyan hakimiyyətinə qarşı aksiyalar həyata keçirilir. Bunun özü müsbət irəliləyişdir. Sülh danışıqlarının nəticəsi üçün Almatıdakı görüşə ehtiyac var idi. Sülh müqaviləsində hətta razılaşdırılma da həyata keçirilə bilər. Bu elə də asan məsələ deyil. Bu, 200 ildən çoxdur davam edən düşmənçilik münasibətinin sıfırlanması deməkdir. Bu görüş zamanı bir yol xəritəsi müzakirə oluna bilər. Tərəflərin əsas görəcəyi iş budur. Həmçinin bir çox məsələlər ətrafında müzakirələr aparılacağı gözlənilir. Bunlar hamısı sənəd üzərində liderlərə təqdim olunmalıdır”.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla