AZ

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“ASAN Könüllülərinin Diskussiya Platforması” çərçivəsində Ulu Öndər Heydər Əliyevin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş görüş keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindənverilən məlumata görə, tədbirin ilk hissəsində “Heydər Əliyev - Vətənə, xalqa həsr edilən ömür” adlı film izlənilib.

Sonra “Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına zəmin yaradan islahatları” mövzusunda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov ilə görüş keçirilib.

Görüş çərçivəsində dahi şəxsiyyətin zəngin irsi, yüksək idarəçilik məharəti, liderlik keyfiyyətləri, elm və təhsilin inkişafına qayğısı, milli-mənəvi dəyərlərə bağlılığı kimi mövzulardan bəhs olunub və könüllüləri maraqlandıran suallar cavablandırılıb.

Bununla yanaşı, ASAN könüllüləri tərəfindən Ulu Öndərin siyasi kursunun, azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliği, həmçinin region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədilə müxtəlif sərgilər, intellektual oyunlar, xeyriyyə və idman tədbirləri, ekskursiyalar və görüşlər təşkil edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
4
Mənbələr
Şərh ()
Bağla