AZ

Rusiya mayın ortalarında Xarkova hücum etməyə hazırlaşır

"Rusiyalıların bütöv Donetsk vilayətini işğal etməsi ehtimalı 70 faizdir..."
 
"Çasov Yardakı döyüşlərin məqsədi Rusiyaya irəliyə getməyə və əsas şəhərləri ələ keçirməyə imkan verməməkdir..."
 
Rusiya Federasiyası yaxın zamanlarda Xarkov vilayətinə hücum etməyə hazırlaşır.
 
Moderator.az xəbər verir ki, bu barədə ataman İvan Sirko adına 92-ci əlahiddə hücum briqadasının komandiri Pavel Fedosenko məlumat verib. Məlumatı "ura.news" nəşri yayıb.
 
Onun sözlərinə görə, Rusiya mayın ortalarında Xarkov vilayətinə hücum edəcək. Hazırda sərhəddə 50 min işğalçı qruplaşması cəmləşib.
 
"Ssenarilərdən biri Kiyevə aparan yolun kəsilməsilə şəhərin təcrid edilməsidir. Digər variant şəhərin şərq kənarını artilleriyanın fəaliyyəti zonasında saxlamaqla Ukrayna dronlarının zərbələrinə məruz qalan Belqorod şəhərinin müdafiəsi üçün bufer zonası yaradaraq təxminən 10 km məsafəyə yerdəyişmə ola  bilər", - hərbçi deyib.
 
O, həmçinin qeyd edib ki, rusiyalıların bütöv Donetsk vilayətini işğal etməsi ehtimalı 70 faiz təşkil edir.
 
"Hamı bilir ki, əgər biz Konstantinovka və Drujovka uğrunda döyüşməsək, Rusiya qoşunları bir neçə həftədən sonra Dnepr, Xarkov, Krivoy Roqda olacaq", - Fedosenko proqnoz verib.
 
O, həmçinin qeyd edib ki, Çasov Yardakı döyüşlərin məqsədi hər sm torpağın qorunub saxlanılması deyil, Rusiyaya irəliyə getməyə və əsas şəhərləri ələ keçirməyə imkan verməməkdir. Bu zaman işğalçıların Donbasda dayandırılması həlledici əhəmiyyətə malikdir.
 
Ukraynada müharibə-son xəbərlər
 
Prezident Vladimir Zelenski Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini uzadıb. Qərar 2024-cü il mayın 14-dən avqustun 11-dək qüvvədə olacaq.
 
Həmçinin xəbər verilib ki, Avropa Parlamentinin prezidenti Roberta Metsola Kremlə müqavimət planını anons edib.
 
O, məlumat verib ki, Ukraynanın müttəfiqləri Putin və müttəfiqlərinə qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir. 
 
Burada söhbət Rusiyanın yüz milyonlarla aktivlərinin "Avropa İttifaqında dondurulmasından" gedir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
50
Mənbələr
Şərh ()
Bağla