AZ

"AstraZeneca"nın etirafı çaşqınlıq yaratdı - Peyvəndələr təhlükə yaradacaq?

AstraZeneca-nın peyvəndin bəzi nadir yan təsirləri olduğunu etiraf etməsi, şirkətin bu mövzuda verdiyi ilk açıqlama olduğu üçün beynəlxalq ictimaiyyəti şoka salıb.
 

Sfera.az xəbər verir ki, açıqlamada dünyada milyonlarla insan tərəfindən qəbul edilən peyvəndlə bağlı yayılan xəbərlər təsdiqlənib. Britaniya Ali Məhkəməsində peyvənddən zərər görən 51 ailənin iddiasına cavab olaraq Böyük Britaniyada fəaliyyət göstərən şirkət pandemiya dövründə Oksford Universiteti ilə birlikdə hazırladığı peyvəndin trombositopeniya və tromboza ​​səbəb ola biləcəyini etiraf edib. İddiaçı ailələr bu səbəblə 100 milyon funt-sterlinqə qədər təzminat tələb edirlər.
 

Peyvəndin yan təsirləri ilə bağlı istehsalçı tərəfindən ilk dəfə edilən bu etiraf ölümcül virusdan qorunmaq üçün bu peyvəndi seçən insanlarda çaxnaşma yaradıb. Etiraf həm də virusdan qorunmaq üçün istehsal edilən müxtəlif peyvəndlərin mümkün yan təsirləri ilə bağlı sualların yenidən gündəmə gəlməsinə səbəb olub.
 

Qeyd edək ki, COVID-19 pandemiyası zamanı buraxılan peyvəndlərin yan təsirləri və effektivliyi ilə bağlı çoxlu xəbərlər yayılıb. Peyvəndlərin heç biri ittihamlardan yayına bilməyib. Onilliklər ərzində bazarda olan digər peyvəndlərlə müqayisədə onların rekord qısamüddətli sınaq və tədqiqat müddətində buraxılması həmin peyvəbdələrə dair şübhələri artırıb.

İnci

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla