AZ

"OneUI 6.1"ə yeniləmə "Samsung" smartfonunda kilid ekranını "sındırdı"

"Samsung Galaxy S23" üçün buraxılmış "Android 14" əsasında "OneUI 6.1" yeniləməsi flaqman "S23 Ultra"da bir neçə səhvə səbəb olub. 

Valyuta.az xəbər verir ki, bu barədə "GizmoChina" portalı məlumat yayıb.

Smartfonlarını yeniləyən istifadəçilər kilid ekranında onun yerini, üslubunu və şriftini dəyişən saat vidcetindən şikayətlənirlər. Mediada yayılan məlumatlara görə, vidcetin nasazlığı geniş yayılıb, lakin "Samsung" hələ ki, vəziyyətə münasibət bildirməyib.

Həmçinin "Samsung" forumlarında istifadəçilər kilid ekranında bildirişlərlə bağlı problem barədə məlumat verirlər. İstifadəçilər aşağı sürüşdürdükdən sonra bunun konkret bildiriş deyil, bildiriş paneli olduğunu bildirir. Bunun saat vidceti ilə digər UI elementləri arasında üst-üstə düşmə ilə əlaqədar olduğu güman edilir. Mümkün bir həll saat vidcetinin mövqeyini dəyişdirmək ola bilər.

Bununla belə, "OneUI 6.1" yeniləməsi bir sıra əhəmiyyətli təkmilləşdirmələr də gətirir. Xüsusilə, "Galaxy AI" süni intellekt əlavə edilib, bunun sayəsində "Galaxy S23" seriyasında səsli zənglərin ani tərcüməsi üçün neyron şəbəkə tərcüməçisi peyda olub, "Qalereya" proqramında quraşdırılmış foto redaktoru şəkillərdəki obyektləri köçürməyə və silməyə imkan verir və klaviatura indi "Galaxy S24"də debüt edən mesajların tonunu və digər rejimləri dəyişdirmək funksiyasına malikdir.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
1
Mənbələr
Şərh ()
Bağla