AZ

BMT Baş Assambleyası Fələstinin təşkilata üzvlük məsələsinə baxmağı tövsiyə etdi


BMT Baş Assambleyası Fələstinin dünya təşkilatına tamhüquqlu üzv kimi qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Təhlükəsizlik Şurasına tövsiyə ilə qətnamə layihəsini qəbul edib.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, qətnamənin lehinə 143 dövlət səs verib, Argentina, Macarıstan, İsrail, ABŞ və Çexiya daxil olmaqla 9 ölkə əleyhinə, 25 dövlət isə bitərəf qalıb.
Qətnamənin qəbulu Baş Assambleyanın zalında alqışlarla qarşılanıb.
Bildirilir ki, sənəd doqquz bənddən ibarətdir və Fələstinin BMT-yə qəbulu məsələsinə yenidən baxılması üçün Təhlükəsizlik Şurasına tövsiyəyə əlavə olaraq, müstəsna əsasda və presedent yaratmadan BMT Baş Assambleyasının daimi üzvü kimi Fələstinə bir sıra prosessual hüquqlar verməyin vacibliyi haqda bənd var. Xüsusilə, Fələstin Yaxın Şərq mövzularında keçirilən görüşlərdə özünü məruzəçilər siyahısına daxil edə, düzəlişlər təklif edə, həmçinin bir qrup ölkə adından prosedur təklifləri verə biləcək. Eyni zamanda vurğulanır ki, Fələstinin müşahidəçi dövlət olaraq qalacaq və bununla da Baş Assambleyada səs vermək hüququ olmayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
307
46
Mənbələr
Şərh ()
Bağla