AZ

Sambo millimiz 8 il sonra Avropa çempionatında qızıl medal QAZANDI

Serbiyanın Novi Sad şəhərində keçirilən sambo üzrə Avropa çempionatını Azərbaycan 3 medalla tamamlayıb.

"Unikal"  Azərbaycan Sambo Federasiyasına istinadən xəbər verir ki, idmançılarımız 1 qızıl və 2 bürünc medal qzanıb..
2022-ci ilin dünya mükafatçısı Elvin Bağırov (64 kq) finalda Narek Dallakyana (Ermənistan) 5:0 hesabı ilə qalib gələrək ilk dəfə böyüklərdə Avropa çempionu olub. Xatırladaq ki, sonuncu dəfə böyüklər arasında Avropa çempionu ünvanına 8 il öncə Amil Qasımov çıxmışdı. O, 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən yarışda qitənin ən güclüsü olmuşdu.

Həmçinin, Rəsul Aydəmirov (98 kq) və Nicat Məmmədli (58 kq) 3-cülük uğrunda görüşdə qalib gələrək bürünc medal əldə edib.

Qeyd edək ki, yarış 11-12 mayda gənclər və yeniyetmələrin Avropa çempionatı ilə davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
34
Mənbələr
Şərh ()
Bağla

Reytinq