AZ

İsrail ordusu Qəzzadakı qaçqınlar düşərgəsini bombalayıb

Bakı. TurkicWorld:

İsrail ordusu Qəzzadakı Nusayrat Qaçqınlar Düşərgəsini bombalayıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Qəzza zolağındakı Əl-Avde xəstəxanasından açıqlama verilib.

Qeyd edilib ki, hücum nəticəsində səkkiz fələstinli ölüb, bir çox fələstinli yaralanıblar.

Açıqlamada, hücumda yaralanan və xəstəxanaya gətirilənlərin sağlamlıq vəziyyəti və sayı ilə bağlı məlumat verilməyib.

Hadisə şahidləri bildiriblər ki, tibb qrupları və mülki müdafiə qrupları hücum zamanı dağılan evin dağıntıları altında itkin düşənlərin axtarışını davam etdirir.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
Mənbələr
Şərh ()
Bağla