AZ

"Çox danışılası bir şey yoxdur" - Adil Şükürov

style='margin-bottom:10px;'>

"Kəpəz"in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının 34-cü turunda "Neftçi"yə 1:5 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bildirib.

QOL.az xəbər verir ki, o deyib:

"Məncə, çox danışılası bir şey yoxdur. Məğlub olduq. Bundan gələcək oyunlar üçün dərs çıxarmalıyıq. Sürətimiz çatmadı. Oyunun ilk hissəsində sürətli hücumlarla irəli çıxa bildik. Qol epizodları yaratdıq. İkinci hissədə sürətimiz düşdü. Buna görə də bu cür nəticə qeydə alındı".

O, əvəzedici komandanın futbolçularının 3 aydır maaş almaması ilə əlaqədar söyləyib: " Bu, hər kəsi narahat edir. Həll etməti çalışırıq. AFFA-nın klublara ayırdığı pulun yarısı ödənilməyib, bu da təsir edir".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla