AZ

Cəlilabadda iki “VAZ” toqquşdu;xəsarət alan var - FOTO

Cəlilabad rayonunda yol qəzası baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə axşam saatlarında köhnə Ələt-Astara magistralında, rayonun Alar kəndi ərazisində qeydə alınıb.

Təzəkənd kəndi istiqamətində hərəkətdə olan "VAZ-2107" markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib və öz yolu ilə hərəkətdə olan "VAZ-2106" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində "VAZ-2106" markalı nəqliyyat vasitəsinin sürücüsü, Cəlilabad rayonunun Eçara kənd sakini Fərəməz Fərəcov baş nahiyyəsindən xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
214
7
Mənbələr
Şərh ()
Bağla