AZ

Günel anasının fotolarını paylaşıb bunları yazdı

Müğənni Günel Zeynalova anası ilə bağlı paylaşım edib. 

Axşam.az xəbər verir ki, sənətçi anasının ad günü olduğunu vurğulayıb. 

Günel fotoya "Gözəllər gözəlim... Anam, ad günün mübarək olsun. Səni çox sevirəm. Çox yaşa, sağlam yaşa" sözlərini yazıb.

Qeyd edək ki, Günel bir müddət əvvəl anasının iflic keçirdiyini və xəstəxanaya yerləşdirildiyini açıqlamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
200
4
Mənbələr
Şərh ()
Bağla