AZ

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Bakı, 10 may, AZƏRTAC

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev Pakistana səfəri çərçivəsində Cənubda Dayanıqlı İnkişaf üçün Elm və Texnologiya Komissiyasının (COMSATS) paytaxt İslamabaddakı baş qərargahında olub.

AZƏRTAC xəbər verir ki, Muxtar Babayev COMSATS-ın icraçı direktoru Məhəmməd Nafis Zakariya və digər rəsmi şəxslərlə görüşüb. Pakistan Baş nazirinin İqlim Dəyişikliyi və Ətraf Mühitin Koordinasiyası üzrə koordinatoru Romina Xurşid Alamın da iştirak etdiyi tədbirdə nazir Muxtar Babayev ağac əkib. Burada COP29, o cümlədən davamlı inkişaf, iqlim dəyişikliyi mövzularında müzakirələr aparılıb.

Muxtar Babayev Pakistanın Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının nümayəndələri ilə də iqlim dəyişikliyinin nəticələrini müzakirə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
14
Mənbələr
Şərh ()
Bağla