AZ

İrəvan-Moskva reysində HƏYƏCAN: sərnişin qapını açmağa çalışdı

İrəvandan Moskvaya uçan Ural Hava Yollarına məxsus təyyarənin göyərtəsində sərnişinlərdən biri uçuş zamanı qapını açmağa cəhd edib.

KONKRET.az xəbər verir ki, şahidlərin dediyinə görə, vəziyyət havaya qalxma anında baş verib. Təyyarənin arxa hissəsində olan sərnişinlərdən biri əvvəlcə stüardessanı itələyib, daha sonra isə təcili çıxışa gedərək qapını açmağa çalışıb.

Onun qarşısını digər sərnişin alıb. O,  heyətə həmin şəxsin hərəkətinin qarşısını almaqda kömək edib.

Təyyarə yerə endikdən sonra polis xaosa səbəb olan şəxsi saxlayıb və hadisə ilə bağlı araşdırmaya başlayıb.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
2
Mənbələr
Şərh ()
Bağla