AZ

Qadınlar arasında dava - İstanbulda... - VİDEO

Qadınlar arasında dava - İstanbulda... - VİDEO



 23:48 10.05.2024     546

İstanbulun Ataşehir şəhərində avtomobillə piyada arasında yol mübahisəsi davaya çevrilib.

Demedia.az xəbər verir ki, tərəflərin yaxınlarının da qatıldığı baş-başa davada 1 nəfər yaralanıb.

Hadisə Kayışdağı rayonunda baş verib. İddialara görə, Nihal A. ilə Pelinay T. arasında naməlum səbəbdən mübahisə olub. Pelinay T. anası Fatma T. ilə küçədə hərəkətdə olarkən daha əvvəl mübahisə etdiyi Nihal A. ilə qarşılaşıb. Fatma T. idarə etdiyi avtomobillə yolu keçmək istəyən Nihal A.-nın qarşısını kəsib. Yol üstündə yaranan mübahisə birdən-birə baş-başa davaya çevrilib. Tərəflərin qohumları davaya qoşulanda birdən-birə qarışıqlıq yaranıb. Davada iştirak edən Nihal A.-nın bacısı Sıla A. odekolon şüşəsi ilə aldığı zərbə nəticəsində başından yaralanıb. Ətrafdakı vətəndaşlar tərəfləri ayırmaqda çətinlik çəkərkən, hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Yaralı Sıla A. təcili yardımla xəstəxanaya qaldırıldı. Tərəflərin bir-birindən şikayət etdiyi öyrənilib. Hadisə ilə bağlı polisin araşdırması davam edir.

Aysun / Demedia.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
34
demedia.az

10Mənbələr