AZ

"Qaziyəm" deyən sürücü narkoman çıxdı;maşını nömrəsiz və miqalka ilə sürür- VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qaydaları kobud şəkildə pozan sürücü saxlanılıb.

Avtosfer.az xəbər verir ki, Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları dövlət qeydiyyat nişanı olmadan müxtəlif təhlükəli manevrlər edərək əks istiqamətli yola dəfələrlə çıxan sürücünü saxlamağa müvəffəq olub. Araşdırma zamanı 42-BT-660 dövlət nömrə nişanlı, "Naz Lifan" markalı avtomobilin sürücüsü, Bərdə rayon sakini Hüseynov Vaqif Arif oğlunun dövlət nömrə nişanlarını çıxararaq, sayrışan işıqlardan istifadə etməkdə dəfələrlə qayda puzduğu müəyyən olunub. Həmçinin tibbi müayinədən keçirilən zaman sürücünün narkotik vasitələrin təsiri altında olduğu aşkarlanıb.

Sürücü guya "qazi" olduğunu idda edərək məsuliyyətdən yayınmağa çalışıb. Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ona İnzibati Xətalar Məcəlləsinin 342.7, 327.4, 327.2, 333.1, 342.9 və 327.1-ci maddələri ilə protokol tərtib olunub. Barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami rayon məhkəməsinə təqdim olunub.

Seçilən
34
17
1

1Mənbələr

Şərh ()
Bağla