AZ

Altun: Türkiyə-Yunanıstan olaraq münasibətlərimizi başqaları ilə deyil, bir-birimizlə müzakirə etməliyik

Altun:

İstanbul, 11 may, Günel Karatepe, AZƏRTAC

Türkiyə və Yunanıstan olaraq münasibətlərimizi, buna bağlı problemləri başqaları və ya üçüncü tərəflərlə deyil, bir-birimizlə müzakirə etməliyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun İstanbulda keçirilən Türkiyə-Yunanıstan Media Akademiyası Forumunda çıxışı zamanı ifadə edib.

Altun Türkiyə ilə Yunanıstan arasında, ilk növbədə, coğrafi yaxınlıqdan formalaşan qonşuluq münasibətlərinin olduğunu və bu iki ölkənin geosiyasi baxımdan dünyanın ən çətin bölgələrindən birində yerləşdiyini vurğulayıb.

Son vaxtlar Türkiyə-Yunanıstan münasibətlərinin mehriban qonşuluq və dialoq əsasında geniş vüsət aldığını qeyd edən idarə rəhbəri qarşılıqlı səmimi səylərin bu iki ölkə ilə yanaşı, regionda, eləcə də dünyada sülhə, sabitliyə və firavanlığa töhfə verəcəyinə inamını ifadə edib.

Hazırda beynəlxalq sistemin siyasət və nüfuz baxımından zəif olduğunu deyən Altun belə bir mühitdə bölgəni sabitləşdirəcək güclü və tənzimləyici regional aktorların daha təsirli olmasının vacibliyini vurğulayıb.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin mayın 13-də Türkiyəyə nəzərdə tutulan səfərini xatırladan Altun bunun ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımında mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
3
azertag.az

4Mənbələr