AZ

Lənkəranda bir neçə afterşok qeydə alınıb – Yenilənib


“Adətən güclü və hiss olunan təkanlardan sonra afterşoklar qeydə alınır. Lənkəranda bu gün qeydə alınan əsas təkandan sonra ərazidə bir neçə xırda afterşok qeydə alınıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, hazırda Mərkəzin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən monitorinq davam etdirilir:
“Zəlzələ baş verən və hiss olunan ərazilərimizdəki vətəndaşlarımızdan təmkinli olmağı və rəsmi məlumatlara istinad etmələrini xahiş edirik”.
Qeyd edək ki, FHN-nin məlumatına görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb.

***17:35
Talış dağlıq zonasında 5.2 maqnitudalı zəlzələ qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ilkin məumata görə, zəlzələ yerli vaxtla 17:23 radələrində olub. Yeraltı təkanlar 18km dərinlikdə qeydə alınıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
244
50
yeniavaz.com

10Mənbələr