AZ

Lənkəranda yenidən zəlzələ oldu – Yenilənib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.


Lənkəranda gün ərzində ikinci dəfə yeraltı təkanlar qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilir ki, zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub. Afterşoklar davam edir.

***19:23
“Adətən güclü və hiss olunan təkanlardan sonra afterşoklar qeydə alınır. Lənkəranda bu gün qeydə alınan əsas təkandan sonra ərazidə bir neçə xırda afterşok qeydə alınıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, hazırda Mərkəzin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən monitorinq davam etdirilir:
“Zəlzələ baş verən və hiss olunan ərazilərimizdəki vətəndaşlarımızdan təmkinli olmağı və rəsmi məlumatlara istinad etmələrini xahiş edirik”.
Qeyd edək ki, FHN-nin məlumatına görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb.

***17:35
Talış dağlıq zonasında 5.2 maqnitudalı zəlzələ qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ilkin məumata görə, zəlzələ yerli vaxtla 17:23 radələrində olub. Yeraltı təkanlar 18km dərinlikdə qeydə alınıb.
Seçilən
312
50
1

1Mənbələr

Şərh ()
Bağla