AZ

Ukrayna Rusiyanın Su-25 qırıcısını vurdu

Ukraynanın 110-cu ayrı mexanikləşdirilmiş briqadanın hərbçiləri Avdiivka istiqamətində Rusiyanın Su-25 qırıcısını vurub.

AZXEBER.COM \"Report”a istinadən xəbər verir ki, bu barədə hərbi birləşmənin mətbuat xidməti bildirib.

\"Rusiya hava gəmilərinin düşüşü davam edir. 110-cu briqadanın zenitçilərinin növbəti əla işi. Bu gün növbəti Su-25 vurulub”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, mayın 4-də Ukrayna Prezidenti Volodimir Zelenski eyni briqadanın Donetsk vilayətində Rusiyanın başqa bir Su-25 qırıcısını zərərsizləşdirdiyini açıqlamışdı.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
13
azxeber.com

10Mənbələr