AZ

Polis oöruluq faktlarının üstünü açıb

Nərimanov rayonu ərazisində yeni inşa olunan binaların birindən 7200 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub. 

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Samir Mirzəliyev və qardaşı Rahib müəyyən olunaraq saxlanılıblar. 

Araşdırma aparılır.

Paytaxt sakini olan bir nəfər şəxsin bank kartından 2300 manatının oğurlanması barədə Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə məlumat daxil olub.

Araşdırmalarla həmin şəxsin idarə etdiyi “Toyota” markalı avtomobilində sərnişinin onun mobil telefonunu danışmaq adı ilə alması və geri qaytararkən bank kartından 2300 manatının oğurlanması məlum olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində bir nəfər şəxsin bank kartından 4000 manatını, digərinin isə 300 manatını oğurlamaqda şübhəli bilinən iki qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
avtosfer.az

1Mənbələr