AZ

Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək saxlanılıb

Bank

Bakı, 13 may, AZƏRTAC

Paytaxt sakini olan bir nəfər şəxsin bank kartından 2300 manat məbləğində pulun oğurlanması barədə Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində həmin şəxsin idarə etdiyi “Toyota” markalı avtomobilində sərnişinin onun mobil telefonunu danışmaq adı ilə alması və geri qaytararkən bank kartından 2300 manatının oğurlanması məlum olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlində şübhəli bilinən qadın müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1

1Mənbələr

Şərh ()
Bağla