AZ

"Abdominal travmalar" mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qusar Rayon Mərkəzi Xəstəxanasında urogent təcili təxirəsalınmaz cərrahiyyədə çox vacib olan "Abdominal travmalar" mövzusunda konfrans təşkil edilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, konfransda Qusar RMX-nın baş həkimi Əjdər Ağacanov çıxış edərək tədbirin mövzusunun əhəmiyyətindən danışıb.

 

Sonra həkim-cərrah Qasım Qəribov çıxış edərək xəstəxanaya abdominal travmalarla daxil olan xəstələrə düzgün yanaşma, düzgün müalicə alqoritmin olunması, ağır vəziyyətdə gəlmiş qeyri- hemodinamikalı xəstələrin qısa zaman ərzində ilkin vacib kliniki-laborator müayinələrdən sonra cərrahi əməliyyatın laporatomiyanın vacibliyi və ya NOM qrupa daxil etməklə ciddi nəzarətə götürməsi haqqında ətraflı məlumat verib.

 

Həkim-cərrah bildirilib ki, ağır vəziyyətdə qeyri-stabil hemodinamika ilə daxil olmuş xəstələr, əgər onlarda ilkin müayinələr zamanı qarın boşluğunda 500 ml-dən artıq qan təyin olunarsa, müayinə zamanı qarın boşluğunda sərbəst hava və maye müəyyən olunarsa, həmçinin açıq yaralanmalar zamanı sübut olunmuş daxilə keçən yaradan daxili orqanların eventrasiyası olan bütün xəstələr dərhal cərrahiyyə masasına götürülməlidir.

 

Sonda mövzu ətrafında fkir mübadiləsi aparıb, bir çox suallar cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
aztibb.az

1Mənbələr