AZ

Latviya Azərbaycanla kənd təsərrüfatı sahəsində birgə müəssisələrin yaradılmasını təklif edib

Latviya Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıqda maraqlıdır və bununla Azərbaycanda birgə müəssisələrin yaradılması istisna edilmir.

“Report” xəbər verir ki, bunu Latviyanın Kənd Təsərrüfatı Nazirliyinin müşaviri Romans Naudinş Bakıda keçirilən Azərbaycan-Latviya Biznes Forumunda deyib.

“Bu, digər ölkələrə, o cümlədən Latviyaya Azərbaycanı inkişaf mərkəzi hesab etməyə və Latviya şirkətlərinə bu ölkədə biznes fəaliyyətini aktivləşdirməyə imkan verəcək. Eyni zamanda, Azərbaycan şirkətlərinin Latviyada fəaliyyətlərini inkişaf etdirməsini təklif edirik. Latviyada yaradılan müəssisələr üçün Avropa Fondunun vəsaitindən istifadə etmək olar və istehsal olunan məhsullar Avropa İttifaqına ixrac edilə bilər”, - o vurğulayıb.

R.Naudiņş Azərbaycanın ərazi bütövlüyünün bərpası və ərazilərin azad edilməsi münasibətilə təbriklərini çatdırıb və bunu “böyük geosiyasi uğur” adlandırıb.

Onun sözlərinə görə, Azərbaycanla münasibətləri prioritet hesab edən Latviya parlamentinin sədri Dayqa Mierinya bu günlərdə Bakıya səfər edəcək:

“Düşünürük ki, bu səfər də ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə kömək edəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
1
report.az

2Mənbələr