AZ

Uşaqlar adətən niyə yalan danışır ?- Psixoloqdan AÇIQLAMA

“Yalan başqalarını aldatmaq məqsədi ilə uydurulmuş sözlər və davranışlardır. Uşaqlar 6 yaşa qədər yalan və doğrunu ayırd edə bilmirlər. Ona görə də bu yaşa qədər danışılan yalanların önəmi yoxdur. Uşaqlarda məktəb öncəsi yalana tez-tez rast gəlirik. Uşaqlar xəyallarından bir sıra hadisələr uydura bilərlər. Bu, normaldır”.

Bu fikirləri Editor.az-a açıqlamasında psixoloq Leyla Əli deyib.

Onun sözlərinə görə, 6 yaşa qədər uşaqlar özlərinə xəyali dostlar yarada bilirlər:

“Bunlar oyun məqsədli olur. Uşaqlar qurduğu bu xəyalları gerçək kimi qəbul edir. Məktəbəqədər yaş dönəmində olan uşaqların yalan danışması ilə bağlı narahatlığa əsas yoxdur. Uşağı doğru danışmağa məcbur etmək, yalan dediyini sübut etməyə çalışmaq yalnışdır. Uşağa yetəri qədər vaxt ayırmaq, dost qazanmasına yardımçı olmaq məsləhətdir. Uşaqların kiçik yalanları arzu və xəyaldırsa, bu xəyalları həqiqətə çevirmək üçün valideynlər səy göstərməlidir”.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
editor.az

1Mənbələr