AZ

Bu şəxslərin maaşı artırıla bilər - Təkliflər hazırlanır

Bakı. Trend:

Elmi dərəcəsi olan işləyən qadınların əməkhaqlarının ümumi ortaəməkhaqqına nisbəti və artım dinamikasının araşdırılması,nəticələri üzrə müvafiq təkliflərin hazırlanaraq Komissiyaya təqdimedilməsi ilə bağlı təkliflər hazırlanır.

Trend-inməlumatına görə, bu barədə “Biznes mühiti və beynəlxalq reytinqlərüzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrəFəaliyyət Planı”nda öz əksini tapıb.

Planda, həmçinin, elmi fəaliyyətlə məşğul olan şəxslərinəməkhaqqı sisteminin təkmilləşdirilməsi imkanlarının araşdırılmasıvə nəticələri üzrə müvafiq təkliflərin hazırlanaraq Komissiyayatəqdim edilməsi, o cümlədən, elmi dərəcəsi olan işləyən qadınlarınmaaşlarına artım və ya əlavə məzuniyyət gününün verilməsiimkanlarının beynəlxalq təcrübədə araşdırılması və müvafiqtəkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi nəzərdətutulur.

Təkliflərin hazırlanması Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Statistika Komitəsinətapşırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
13
az.trend.az

10Mənbələr