AZ

Baqratdan TƏCİLİ: Hamılıqla MEYDANA, Paşinyan devrilənə qədər... – CANLI

“Hakimiyyət kilsənin işlərinə daim müdaxilə edib və bundan sonra da qarışmağa çalışacaq”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan deyib. Qalstanyan bununla “öz hərəkətlərilə hakimiyyətə kilsənin fəaliyyətinə müdaxilə etmək hüququ verməsi” ilə bağlı tənqidlərə cavab verib. Revanşist keşişin sözlərinə görə, o, vaxtaşırı bütün ermənilərin katolikosu II Gareginlə görüşür. Sonuncu görüş iki gün əvvəl baş tutub.

Erməni Ali Ruhani Şurasının onun fəaliyyətindən narazı olması ilə bağlı iddialara toxunan arxiyepiskop bildirib ki, qeyri-adi heç nə etmir. “Həyat həmişəki kimi davam edir. İnsanları öz hisslərini ifadə etməyə və həqiqəti söyləməkdən çəkinməməyə təşviq edirəm. Bunda qəribə nə var? Deyirəm: özümüzü təmizləyək, barışaq. Burada pis nə var ki”, - deyə Baqrat Qalstanyan bildirib. “Ermənistanın baş naziri Nikol Paşinyanın istefasına neçə günə nail olacaqsınız” sualına keşiş Qalstanyan “Nə qədər vaxt lazımdırsa” cavabını verib.

“Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh razılaşması regionda sabitliyə və uzunmüddətli sülhə xidmət edəcək”. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib: “Biz Azərbaycanla nəqliyyat əlaqələrinin bərpasına həm hazırıq, həm də bunda maraqlıyıq. Söhbət həm də dəmiryolu nəqliyyatından gedir. Əlbəttə ki, bu məsələlərin tənzimlənməsi birgə, daha dəqiq qarşılıqlı prinsip əsasında həyata keçiriləcək”.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ilə günün aktual mövzularını dəyərləndirir.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
musavat.com

1Mənbələr