AZ

AFFA İcraiyyə Komitəsində nələr müzakirə olundu? – QƏRARLAR

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Msport.az xəbər verir ki, toplantıda idman prinsiplərinin qorunması və Azərbaycan Premyer Liqasında komanda sayının artırılmaması barədə qərar qəbul olunub.

İclasda əvvəlcə AFFA-nın gələcək illər üzrə inkişaf strategiyasının hazırlanmasının vacibliyi vurğulanaraq, əsas hədəflər müəyyənləşdirilib.
Bu xüsusda strategiyanın əsas hədəfləri peşəkar və uşaq futbolunun infrastrukturunun təkmilləşdirilməsi, futbola marağın və kütləviliyin artırılması, müxtəlif sahələr üzrə futbol mütəxəssislərinin inkişaf etdirilməsi, regionlarda futbolun və uşaq futbolunun inkişafının dəstəklənməsi, maliyyə məsələlərinin həlli və inklüzivliyin təmini istiqamətlərini əhatə edir. Müəyyən edilmiş hədəflər üzrə strategiyanın hazırlanması üçün sahə üzrə xarici şirkətlərin və mütəxəssislərin təcrübələrindən faydalanmaq imkanları nəzərdən keçirilib.
Sonra iclasda Misli Premyer Liqasında komanda sayının artırılması məsələsi müzakirəyə çıxarılıb. Toplantıda idman prinsiplərinin qorunmasının vacibliyi vurğulanıb.
Hazırkı mərhələdə klubların sayını olduğu kimi saxlayaraq, qəbul olunacaq strategiyaya uyğunlaşdırılaraq gələcəkdə əlavə məlumat verməklə klubların sayının mərhələli şəkildə artırılması istiqamətində işlərin davam etdirilməsi məqsədəuyğun hesab olunub.
İcraiyyə Komitəsində qərara alınıb ki, Akademiya və infrastrukturun fəaliyyətinin hazırkı şərtlərlə davam etdirilməsi üçün “Qəbələ” klubuna növbəti mövsümdə dəstək göstərilsin. AFFA bir ay ərzində bu istiqamətdə “Qəbələ” klubu ilə intensiv işləyəcək və İcraiyyə Komitəsinin növbəti iclasına qədər təkliflər təsdiq üçün təqdim olunacaq.
İcraiyyə Komitəsi, həmçinin Misli Premyer Liqasında 2024/2025-ci illər mövsümündə tətbiq olunacaq legioner limitini müzakirə edib. Hazırkı 7+4 limitinin qüvvədə qalması qərara alınıb. 2025/2026-cı illər mövsümündə legioner limiti 8+3 olacaq. 2026/2027-ci illər mövsümündən öncə isə qəbul olunacaq strategiyaya uyğunlaşdırılaraq legioner limitinə bir daha baxılacaq.
2024-cü il üçün AFFA-nın büdcəsinə dair məsələlər də müzakirə edilib. İcraiyyə Komitəsinin üzvləri müvafiq qeydlərini və fikirlərini bildiriblər. Növbəti iclasa qədər müvafiq düzəlişlər edilərək, təsdiq üçün təqdim olunması qərara alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
21
msport.az

10Mənbələr