AZ

Türkiyənin də içində olduğu qorxunc proses - İllər sonra yenidən başladı

Rusiya lideri Vladimir Putinin ehtiyatsızlığı dünyanı Karib böhranından sonra heç vaxt olmadığı qədər nüvə eskalasiyasına yaxınlaşdırıb.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Rişi Sunak deyib.

“Müharibə Avropaya qayıtdı. NATO-dakı müttəfiqlərimiz xəbərdarlıq edirlər ki, əgər Putin Ukraynada uğur qazansa, növbəti onlar ola bilərlər. Putin bizi Karib böhranından sonra heç vaxt olmadığı qədər təhlükəli nüvə eskalasiyasına yaxınlaşdırdı”, - baş nazir vurğulayıb.

Sunak həmçinin Rusiyanın Britaniya ərazisində insanları zəhərləməsi ilə bağlı xəbərdarlıq edib.

Karib böhranı 1962-ci ilin oktyabrında Türkiyədə raketlərin quraşdırılmasına cavab olaraq, SSRİ tərəfindən gizlicə Kubada nüvə raketləri yerləşdirilməsi ilə əlaqədar Sovet İttifaqı və ABŞ arasında son dərəcə gərgin qarşıdurma idi. Bəşər tarixində ilk dəfə olaraq hər iki fövqəldövlət birbaşa hərbi toqquşmaya və nüvə müharibəsi təhlükəsinə yaxınlaşmışdı.

Ukrayna ilə müharibə başlayandan bəri Rusiyanın taktiki nüvə silahından istifadə edə biləcəyi ehtimalları artıb. Ukraynalı və qərbli analitiklər bunu istisna etmirlər. Hətta ekspertlər mümkün eskalasiya zamanı Rusiyanın hədəfə alacağı ölkələrin adlarını da çəkirlər: Ukrayna, Polşa və Baltikyanı dövlətlər. Amma Rusiyanın hərbi doktrinası dövlətin mövcudluğuna təhlükə yaranarsa, nüvə silahından istifadənin mümkünlüyünü nəzərdə tutur.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
teleqraf.com

1Mənbələr