AZ

Martinez Premyer Liqada avtoqol rekorduna sahibdir

"Aston Villa"nın qapıçısı Emiliano Martinez özü üçün xoşagəlməz rekorda imza atıb.

90deqiqe.Az "Opt"ya istinadən xəbər verir ki, argentinalı qolkiper bu gün "Liverpul"la matçın 2-ci dəqiqəsində öz qapısına qol vurub.

Dünya çempionunun indi Premyer Liqada üç avtoqolu var - bu, turnir tarixində qapıçılar arasında ən yüksək göstəricidir.

Emiliano Martinez 2020-ci ildən "Aston Villa"da oynayır və əvvəllər "Arsenal" klubuna məxsus idi. Ümumilikdə, qapıçı Premyer Liqada 159 matçda 195 qol buraxıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
1

1Mənbələr

Şərh ()
Bağla