AZ

Nazir Pakistanda daha bir görüş keçirdi 

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Pakistan baş nazirinin gənclər proqramının sədri Rana Məşhud Əhməd Xanla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə pakistanlı məmurun sosial şəbəkə hesabında bildirilib.

 

“Sədr Rana Məşhud Əhməd Xan Azərbaycanın ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti cənab Muxtar Babayevlə görüşüb. Gənclərin rəhbərlik etdiyi iqlim təşəbbüslərini nümayiş etdirən COP29-da Pakistanın gənclərin səsini gücləndirmək, iqlimlə bağlı qərarların qəbulunda gənclərin iştirakını təmin etmək müzakirə edilib”, – paylaşımda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
1
modern.az

3Mənbələr