AZ

Şuşamız əvvəlkindən də gözəl olacaq – Şuşa sakini

Bakı. Trend:

Yaşayıb-yaratdığımız Şuşanın əvvəlkindən daha gözəl olması üçünyenidən çalışacağıq.

Bunu Trend-ə açıqlamasında Şuşa sakini Rəcəbov Telman deyib.

Onun sözlərinə görə, 28 yaşında ağır döyüşlər zamanı 8 maydaŞuşanı tərk etmək məcburiyyətində qalıb.

“İndi 60 yaşında Şuşaya qayıdıram. Bu gün çox xoşbəxtəm ki, mənöz doğma yurduma qayıdıram. Allah şəhidlərimizə rəhmət eləsin,qazilərimizə cansağlığı versin. Bütün döyüşlərdə iştirak edib,torpaqlarımızı azad edən döyüşçülərimizin qarşısında başəyirəm.

Allah Prezidentimizi qorusun. Bizim torpaqlarımızın azadolunmasında siyasi meydanda Azərbaycana qarşı olan ölkələrə qarşıvuruşdu”, - deyə o qeyd edib.

Qeyd edək ki, mayın 14-də Şuşa şəhərinə 38 ailə - 136 nəfərköçürülüb. Beləliklə, indiyədək Şuşa şəhərinə 58 ailənin, yəni 224nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
az.trend.az

1Mənbələr