AZ

“Belə insanlarda piylənməyə meyillilik əmələ gəlir“-  Həkim açıqladı

"Piy hüceyrələri qanımıza daxil olur. Bununla da bizim damarlarımızı tutur. Belə insanlarda piylənməyə meyillilik əmələ gətirir". 

 “Herba Flora” şirkətini təsisçi, həkim Füzuli Hüseynov bu sözləri News365.az-a deyib.

"Kök adamlarla oturub söhbət edəndə deyir ki, evdə hamı yeyən yeməyi mən də yeyirəm, onlar kökəlmir mən kökəlirəm. Mənim bədənim köklüyə o qədər həssasdır ki, bir şey yeyən kimi mən kökəlirəm. Bu insanların bağırsaqlarında sovrulmada problem var. Problemində qaynağı özləridir. Yəni özləri vaxtı-vaxtında əllərinə nə keçibsə yeyiblər, nizam-intizamsız qidalanıblar, şirniyyatlara çox üstünlük veriblər və bu insanların bağırsaqlarında mikroflora məhv olur. Bizim bədənimizin düşməni olan mikroflora həmən bağırsaq mikroflorasında çoxluq təşkil edir. Bu da nəticədə bağırsağın sovrulma gücünü zəiflədir. Bağırsaqların filtirləri var, hansı ki ordan bəlli bir ölçüdə olan piy toxumasının hüceyrələri keçə bilər. Amma mikroflora pozulanda böyük hüceyrəli piy toxuması, piy hüceyrələri qanımıza daxil olur. Bununla da bizim damarlarımızı tutur .Belə insanlarda piylənməyə meyillilik əmələ gətirir"- deyə həkim bildirib. 

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
news365.az

1Mənbələr