AZ

“Avropa dövlətləri neft idxalını azaltmağa çalışır” – Macar professorla MÜSAHİBƏ - VİDEO

“Avropadakı vəziyyəti aydınlaşdırma üçün ilk öncə bunu bildirməliyəm ki, Avropa İttifaqı ölkələri yeni energetika mərhələsinə keçid etməkdədir. İqlim dəyişikliyinin də təsiri ilə, belə görünür, Avropa dövlətləri neft və təbii qaz başda olmaqla qalıq yanacaqlarının istifadəsini azaltmağa çalışır”. 

Bu fikirləri Ednews TV-ə müsahibəsi zamanı macarıstanlı professor Lazlo Vaşa bildirib. 

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi Yaşıl Enerjinin diqqət mərkəzinə gəlməsi üçün əsas motivlərdən biri olub:

“Ukrayna müharibəsindən sonra Qərb ölkələri Rusiyanın təbii ehtiyatlarına ehtiyac duymadıqlarını bildirərək Yaşıl Enerjiyə əsaslanan enerji mənbələrinin sayını artırıblar. Buna baxmayaraq, mən bunu daha çox əks-sənayeləşmə kimi görürəm. Neft və təbii qaz hasilatçıları nəzərə almalıdır ki, Avropa dünyada ən böyük bazardır və məhz bu ölkələr alternativ enerjiyə keçid edirlər. Lakin, ənənəvi enerji olmadan sənayenin fəaliyyəti mümkün deyil”.

Ətraflı video süjetdə...

Fərid


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
ednews.net

1Mənbələr