AZ

“Birbaşa danışıqlar ən müsbət nəticə verən formatdır" - Nazir

Azərbaycan-Ermənistan normallaşma prosesi istiqamətində iki ölkə arasında birbaşa danışıqlardan istifadə edilməsi ən müsbət nəticə verən formatdır.

"32gun.az" xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri Yan Borqu ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, bunun təsdiqi kimi son altı ayda bir sıra etimad quruculuğu tədbirlərinə nail olunmasını misal kimi göstərmək mümkündür. “Ən yeni irəliləyişlər sırasında apreldə iki ölkə arasında Azərbaycan-Ermənistan sərhədinin bir hissəsində delimitasiya prosesinə start verilməsi və burada siyasi-diplomatik yolla Azərbaycanın uzun illər ərzində işğal altında olan 4 kəndinin azad olunmasını qeyd edə bilərik”, - deyə C.Bayramov əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
252
11
32gun.az

10Mənbələr