AZ

Rusiya Müdafiə Nazirliyində həbslər davam edir - Daha bir idarə rəisi tutulub

Rusiya Müdafiə Nazirliyində nazir müavininin qandalanması ilə başlayan həbslər davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün nazirliyin Kadrlar İdarəsinin rəisi Kuznetsov də saxlanılıb.

O, rüşvətə görə həbs edilib: "İstintaq zamanı Kuznetsovun 2021-2023-cü illər arasında özəl şirkətlərdən rüşvət aldığı üzə çıxıb. Onun evində axtarış zamanı 100 milyon rubldan (təxminən 1 milyon dollar) çox dəyərində qızıl-zinət əşyaları aşkarlanıb. Məhkəmə Kuznetsov barəsində həbs qərarı çıxarıb".

Lamiyə

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
mia.az

2Mənbələr