AZ

Əlillik üçün müalicə müddəti gözlənilmədən göndəriş verilməsinə əsas yaradan xəstəliklərin sayı 73-ə çatdırıldı

Bakı. Trend:

Nazirlər Kabinetinin yeni Qərarı ilə “Əlilliyinqiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinəgöndərişlərin verilməsi Qaydası”nda dəyişikliklər edilib.

Trend xəbər verir ki,dəyişikliklər əlilliyin qiymətləndirilməsi üçün göndərişlərinrəsmiləşdirilməsi və qiymətləndirmə prosedurununtəkmilləşdirilməsinə, bu sahədə xidmətlərinin çevikliyinin vəvətəndaş məmnunluğunun, əlillik sisteminə əlçatanlığınartırılmasına xidmət edir.

Bu vaxtadək tibb müəssisələrinin həkim-məsləhət komissiyalarıtərəfindən bu və ya digər şəxsin əlilliyinin qiymətləndirilməsiməqsədilə göndərişlərin (forma 88) rəsmiləşdirilməsi üçün bir çoxxəstəliklərin ağır və ya yüngül olmasından, şəxsin yaşından və s.asılı olmayaraq minimum 6 ay müalicə müddəti tələb olunurdu.

Yeni dəyişikliklərə əsasən, bu tələblə bağlı dəqiqləşdirmələraparılıb və əlilliyin qiymətləndirilməsi məqsədilə ilkin müraciətzamanı müalicə müddəti gözlənilmədən göndərişlərinrəsmiləşdirilməsinə əsas verən xəstəliklərin sayı təqribən 15 dəfəartırılaraq 5-dən 73-ə çatdırılıb.

Əlilliyin qiymətləndirilməsi məqsədilə təkrar müraciət zamanıisə xəstəliyin klinikası nəzərə alınmaqla minimal müalicəmüddətləri müəyyən olunub.

Eləcə də göndəriş verilməsi və ya verilməsindən imtina barədəqərar müvafiq araşdırma bitdikdən sonra artıq 3 iş günü müddətindəngec olmayaraq yox, yeni dəyişikliklərə əsasən, dərhal qəbuledilməlidir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
14
az.trend.az

10Mənbələr