AZ

Öldürülən Müsavat fəalı başqanlığa namizəd olub

 Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının itkin düşmüş fəalının qətlə yetirildiyi məlum olub.

Bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, 1964- ci il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlu iş yoldaşı, 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşları tərəfindən Elsəvər İslamov saxlanılaraq istintaqa təhvil verilib.

“Cebhe.info” xatırladır ki, Natiq Ulubəy Müsavat Partiyasının XI qurultayında başqanlığa namizədlərdən biri olub. O, İsa Qəmbərin başqanlığa namizəd olmasından sonra qurultaya bir neçə gün qalmış namizədliyini geri götürüb.

Qeyd edək ki, Natiq Ulubəy Müsavat Partiyasının Səbail rayon təşkilatının üzvüdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
cebheinfo.az

1Mənbələr