AZ

Stüardessadan tövsiyə: Təyyarəyə ən axırda minin!

Yəqin hava limanlarında minik başlayarkən sərnişinlərin yaratdığı basabası çoxları görüb. Hamı birinci minməyə çalışır. Lakin mütəxəssislər başqa məsləhət görürlər. 

Avtosfer.az xəbər verir ki, stüardessalar təyyarəyə sonda minməyi tövsiyə edirlər ki, bunun da səbəbləri var. Əvvəla, sonda minən sərnişin daha rahat şəkildə əyləşə və əl baqajını yerləşdirə bilir. Təyyarənin içində sıxlıqda yer axtarmağa, növbə gözləməyə ehtiyac qalmır.

Digər tərəfdən, təyyarə bütün sərnişinlər əyləşdikdən sonra da uzun müddət yerdə gözləyir. Bu səbəbdən, qapalı şəraitdə əlavə 20-30 dəqiqə oturub gözləməkdənsə, açıq havada oplmaq daha yaxşıdır. Onsuz da hava gəmisində hər sərnişinin öz yeri var. Avtobusdan fərqli olaraq burada kimsə gecikənin yerini tuta bilməz. 
Ailəliklə səyahət edənlərin sonuncu minməsi daha məqsədəuyğundur. Uşaqları və əl baqajını bu halda daha rahat yerbəyer etmək mümkündür.

Vüqar Yaşaroğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
avtosfer.az

1Mənbələr