AZ

Nobel mükafatı laureatı vəfat etdi


Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, kanadalı yazıçı Elis Manro 93 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Globe and Mail” qəzeti onun yaxınlarına istinadən məlumat yayıb.
Bildirilir ki, azı 10 il demensiyadan əziyyət çəkən yazıçı qocalar evində vəfat edib.
1980-1990-cı illərdə onun kitabları dörd ildən bir nəşr olunub. O, həmçinin Avstraliya, Çin və Skandinaviyada mühazirələr oxuyub. Onun hekayələrindən biri olan “Ayı dağın üstündən keçdi” rejissor Sara Polli tərəfindən “Ondan uzaq” filminə uyğunlaşdırılıb. Film 2006-cı ildə Toronto Beynəlxalq Film Festivalında debüt edib. 2009-cu ildə yazıçı məcmu nailiyyətlərinə görə Beynəlxalq Buker mükafatını qazanıb və dörd il sonra o, müasir qısa hekayənin ustası kimi Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
12
yeniavaz.com

10Mənbələr